Qərbin silah ehtiyatları Ukraynaya tədarüklərə görə tükənir?- ÖZƏL

Olaylar.az xəbər verir ki, Estoniya Müdafiə Nazirliyinin daimi katibi  bildirib ki, Qərb ölkələrindəki silah ehtiyatları  Ukraynaya tədarüklə bağlı kritik səviyyədədir . "Qərb arsenallarındakı sursat ehtiyatları çox tez tükənir. Bundan sonra ölkələr Ukraynaya dəstək vermək istəyirlərsə, öz kritik ehtiyatlarını qorumalıdırlar". Ukrayna və Rusiya  arasındakı şiddətli döyüşlər zamanı hər iki tərəfin ordusu gündə 20 mindən və 60 minədək mərmi atıb. 

Qeyd olunur ki, Ukrayna ordusu əsasən ABŞ -ın təchizatları (hərbi yardımın üçdə ikisi) hesabına dəstəklənir. Belə ki, fevralın 24-dən Pentaqon rəsmi olaraq Kiyevə bir milyondan çox mərmi tədarük edib: 924 000 ədəd 155 mm çaplı, 125 000 ədəd 120 mm kalibrli, 180 000 ədəd 105 mm kalibrli.

Doqquz ay ərzində ukraynalılar Amerika ehtiyatlarından təxminən 50 000 tank əleyhinə raket, o cümlədən 8 500-dən çox Javelin alıblar. 

Bundan əvvəl Almaniyanın müdafiə naziri Kristin Lambrext Almaniyanın digər ölkələrə silahla yardım göstərilməsi məsələsində "mütləq sərhədlərə" yaxınlaşdığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31