Çindəki "iPhone" fabrikində yaranan etirazlara nə səbəb olub? FOTO/ÖZƏL
23 Noyabr 2022 14:59 Dünyaİnternetdə geniş yayılan görüntülərə görə Çinin Zhengzhou şəhərində dünyanın ən böyük "iPhone" fabrikində etirazlar başlayıb.
Olaylar.az xəbər verir ki, videolarda yüzlərlə işçinin yürüş etdiyi, etirazçıların çevik qüvvət polisləri tərəfindən saxlanıldıqları görünür.
Etirazları canlı yayımla paylaşanlar işçilərin polislər tərəfindən döyüldüyünü, müxtəlif cür şiddətə məruz qaldıqlarını bildiriblər. Videolarda toqquşmalar da əks olunub.
Keçən ayki Covid hadisələri nəticəsində şirkətdə ixtisarlaşmalar başlamış, bəzi işçilər işlərindən azad edilmişdir.
Paylaşılan görüntülərdə fəhlələrin "Hüquqlarımızı müdafiə edin!" deyə qışqırdıqları əks olunub. Həmçinin onlar etirazları şiddətləndirmək üçün kameraları və binaların pəncərələrini sındırıblar.
Qeyd edək ki, onlar gəlir azlığı və işçi ixtisarı hallarından yola çıxaraq bu etirazlara başlamışlar.
