Kiyev Rusiya hərbçilərini ittiham etməklə məsuliyyətdən yayınmağa çalışır - ÖZƏL
23 Noyabr 2022 13:19 Dünya"Ukrayna prokurorlarının rus hərbçilərinə qarşı irəli sürdüyü xəyanət və müharibə qanunlarını pozmaqda ittihamları məhbusların öldürülməsinə görə məsuliyyətdən yayınmaq üçün cəhddir".
Olaylar.az xəbər verir ki, bunu Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Daniil Bessarabov bildirib.
"Bu, sərsəm Kiyev hökumətinin məsuliyyətdən yayınmaq üçün pafoslu cəhdidir. Tək Rusiya deyil, dünya ictimaiyyəti də bu xəbərdən sarsıldı. Əsir düşən hərbçilər başının arxasından güllə ilə soyuqqanlı şəkildə qətlə yetirilir. Ukrayna hökuməti isə əks ittihamlar irəli sürərək məsuliyyətdən yayınmağa çalışır", - deyə deputat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31