Ukraynaya hərbi yardım Qərbin arsenalını ciddi şəkildə tükəndirdi - ÖZƏL

"Hazırda Qərb ölkələrinin arsenalları Kiyevə silah tədarükü səbəbindən kritik həddə tükənib, istehsalçıların isə onları doldurmaq imkanları məhduddur".
Olaylar.az xəbər verir ki, bunu Fransanın Le Monde qəzeti yazıb.
"Ukraynalıların Rusiyanın zərbələrinə tab gətirə bilməsi üçün Qərb öz arsenallarının qapılarını açıb. Bu, xüsusilə ABŞ-a aiddir, onun çatdırılması Ukraynaya bütün hərbi yardımın təxminən üçdə ikisini təşkil edir. Burda söhbət 1 milyondan çox mərmi, on minlərlə tank əleyhinə silah və daşına bilən hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və idarə olunan raketlərdən gedir", - qəzet yazır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31