Belarusun nümayəndə heyəti İrəvana GƏLDİ
22 Noyabr 2022 23:22 DünyaBelarusun nümayəndə heyəti çərşənbə günü KTMT sammitinin keçiriləcəyi İrəvana səfərə gəlib.
Olaylar.az xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, müdafiə naziri Viktor Xrenin və xarici işlər naziri Vladimir Makeyin də daxil olduğu nümayəndə heyəti İl-76MD hərbi təyyarəsi ilə Ermənistan paytaxtına gəlib.
Bildirilib ki, qeyd edilən təyyarə bu ilin yanvarında Belarus sülhməramlı kontingentinin Qazaxıstana köçürülməsi üçün istifadə edilib.
Xatırladaq ki, noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçiriləcək.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31