Çində zavodda yanğın 38 nəfərin həyatına son qoyub - ÖZƏL/FOTO
22 Noyabr 2022 15:43 DünyaÇinin Henan əyalətinin Anyang şəhərindəki fabrikdə baş verən yanğında 38 nəfər həlak olub.
Olaylar.az xəbər verir ki, yanğın bazar ertəsi yerli vaxtla 16:22-də şəhərin yüksək texnologiyalara sahib firması olan "Kaixinda Trading"-də başlayıb. Yerli hökumətin açıqlamasına görə, gecə saat 23:00 radələrində yanğın tamamilə söndürülüb.
Qeyd edək ki, polisin şübhəli bir şəxsi saxladığı da bildirilir.
Daha iki nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31