Baş nazir modelin hesabına 16 milyon dollar köçürdü - Qalmaqal

Baş nazir modelin hesabına 16 milyon dollar köçürdü - Qalmaqal/Foto

Livanın Baş naziri Saad Həriri tanış olduğu modelin hesabına 16 milyon dollar pul köçürüb.

Olaylar.az  xəbər verir ki, bu barədə "Nyu-York Times" qəzeti məlumat yayıb.

Qəzet iddia edib ki, "romantik əlaqələr" Həririnin baş nazirlik dönəmdində yaşanıb. Bu hadisənin baş nazirin ölkəsində "fövqəladə iqtisadi durum" elan edəcəyini söylədiyi bir dövrdə baş verməsi xüsusi diqqətə səbəb olub.

2005-ci ildə atası Rafiq Həririnin öldürülməsindən sonra 100 milyonlarla dollarlıq mirasa sahib olan Saad Həririnin Candice van der Merve adlı afrikalı modellə yolu Seyşel adalarında kəsişib.

Qeyd edilir ki, 3 uşaq atası və evli olan Saad Həriri modelin hesabına pulu onun ev alması üçün göndərib. Vergi müfəttişləri gənc qadının hesabına milyonlarla dollar yatırılmasından şübhələnərək, araşdırma aparıb və bu zaman pulun Həririnin hesabından gəldiyi müəyyən edilib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31