Rus ordusu yeni silahla təchiz olunur
Rus ordusu yeni silahla təchiz olunur
2 Oktyabr 2019 11:04 DünyaRus ordusu 2020-ci ildə yeni pilotsuz uçuş aparatı Orlan-30-la təchiz olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "İzvestiya" Rusiya MN-ə istinadla informasiya yayıb.
Məlumata görə, Orlan-30 mənsub olduğu "Orlan" pilotsuz uçuş aparatları ailəsinin ən son modifikasiyası hesab olunur. Sözügedən silah artıq Suriyada və Mərkəz-2019 təlimlərində sınaqdan keçirilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31