Azarkeşlər xanım jurnalistə: "Sinəni göstər!" - VİDEO

İtaliya A Seriyasının 6-cı turunda keçirilən "Napoli" - "Breşiya" (2:1) oyunundan öncə maraqlı anlar yaşanıb.

Oyuna gələn DAZN kanalının xanım müxbiri Diletta Leotta yerli fanatların böyük marağına səbəb olub. İki minə yaxın azarkeş "Sinəni aç, Diletta!" şüarı səsləndirib. Xanım jurnalist jestlə bunu etməyəcəyini bildirib.

İtaliyalı jurnalist bununla bağlı açıqlama verib: "Futbolu çox sevirəm. Azarkeşlərlə yaxşı münasibətim var. Məni görəndə şəkil çəkdirmək istəyirlər. "Napoli" - "Breşiya" matçında baş verənlər isə ilk dəfə deyildi. Belə şeyləri anlayışla qəbul edirəm".

Məşhur jurnalistin "Instagram"da 4,5 milyon izləyicisi var.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31