Parlament sədri istefa verdi - Cinsi təcavüz olayı

Parlament sədri istefa verdi - Cinsi təcavüz olayı

Nepalda iqtidarda olan Kommunist Partiyasının liderlərindən olan parlament sədri Krişna Bahadur Mahara postundan istefa verib.

Olaylar.az  xəbər verir ki, spiker sərxoş olarkən bir qadına cinsi təcavüz etməkdə ittiham olunur.

Parlament sədri istefa ərizəsində bu addımı onun işini araşdıran tərəfsiz və müstəqil araşdırma komissiyasının işini asanlaşdırmaq məqsədilə atdığını bildirib.

Yerli media bildirir ki, Mahara bazar gününün gecəsi sərxoş olduğu zaman parlamentin əməkdaşına təcavüz edib. Baharanın ofisi isə bəyan edib ki, bəhs edilən saatda parlament sədri rəsmi kabinetində olub və bu iddialar gerçəkliyi əks etdirmir.

Mahara 2017-ci il seçkilərində Nepal Kommunist Partiyasının seçkilərdə qələbə çalmasından sonra parlament sədri seçilib.

Mahara Nepal hökumətinə qarşı 1996-2006-cı illərrdə həyata keçirilən Maoist üsyançılarnın üzvlərindən olub. 2006-cı ildə silahlı üsyana son verərək BMT nəzarətində hökumətlə sülh danşıqları aparıb və siyasətə daxil olub. Sülh danışıqlarda əhəmiyyətli mövqe tutan Mahara baş nazirin müşaviri, rabitə və daxili işləri naziri postlarında olub.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31