Putin 132 min nəfər üçün hərbi çağırış haqqında fərman imzalayıb

Putin 132 min nəfər üçün hərbi çağırış haqqında fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin 2019-cu ilin oktyabr-dekabr aylarında 132 min Rusiya vətəndaşı üçün hərbi çağırış və hazırkı çağırışçıların hərbi xidmətdən azad edilməsi ilə bağlı fərman imzalayıb.

Olaylar.az  xəbər verir ki, fərman Kremlin saytında yayımlanıb.

Prezident, həmçinin hərbi xidmətə çağırış müddəti başa çatmış əsgərləri, dənizçiləri, çavuşları və böyük rəislərin tərxis edilməsi üçün fərman imzalayıb.

Qeyd edək ki, yaz çağırışında Rusiya Silahlı Qüvvələrinə ümumilikdə 135 min nəfər qoşulub.

ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31