Livandakı ABŞ Səfirliyinin qapadılması istənildi

Livandakı ABŞ Səfirliyinin qapadılması istənildi

Livanın "Hizbullah" hərəkatının rəsmisi Şeyx Əli Damuş ABŞ hökumətini yenidən tənqid edib.

Şeyx Əli Damuş vurğulayıb ki, ABŞ-ın paytaxt Beyrutda səfirliyi əslində casus şəbəkəsinin baş ofisidir.

"Onlar bu səfirlik yolu ilə bölgədə yeni fitnələr yaradırlar. Livan xalqı bu gün ABŞ-ın etdiyi hər cinayəti yaxşı başa düşür", - deyə Şeyx Əli Damuş diqqətə çatdırıb.

O, qeyd edib ki, Livan hökuməti ABŞ Səfirliyinin fəalliyyətini bu ölkədə qadağan etməli və xitam verməlidir.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31