Zelenski üçün Kadırovdan üzr istəyib – Şok təfərrüat

Zelenski üçün Kadırovdan üzr istəyib – Şok təfərrüat

Ukrayna Prezidenti Vladimir Zelenski 2014-cü ildə yumor verilişində onunla bağlı kadrlardan istifadə etdiyi üçün Çeçenistan lideri Ramzan Kadırovdan üzr istəməyə çalışıb.

Olaylar.az  xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, o zaman Zelenski "guya həyatından ehtiyat etdiyi üçün" xarici işlər nazirinin müavini Vladimir Yevdokimova müraciət edib. Bundan sonra Zelenskiyə Çeçenistanın Daxili İşlər nazirinin müavini, daha sonra isə nazirin özü ilə danışacaq vasitəçi ilə görüş təşkil olunub. İddiaya görə, yekunda Zelenski də nazirlə söhbət etməyə müvəffəq olub.

Zelenski həmçinin 2019-cu ilin aprelində də Kadırovun duadan sonra ağlaması görüntülərindən istifadəyə görə müsəlmanlar qarşısında üzr istəyib. Ukrayna prezidenti həmin vaxt verilişin aparıcısı olmadığına görə video barədə məlumatlı olmadığını qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31