Dünyanın ən böyük beynəlxalq hava limanı istifadəyə verilib - VİDEO

Çinin Pekin şəhərində dünyanın ən böyük beynəlxalq hava limanı - "Dasin" istifadəyə verilib. 

Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Dasin" Çinin vətəndaş aviasiyası tarixində ən bahalı layihədir. Hava limanının tikintisinə 80 milyard yuan xərclənib.

"Dasin" ilk reyslərini sentyabrın 25-də yəni bu gün qəbul edəcək.  

Qeyd edək ki, Hava limanı şəhər mərkəzindən 46 kilometr aralıqda yerləşir. Onun ümumi sahəsi 1 milyon kv.m təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31