Ukrayna Prezidentinə yeni səlahiyyətlər verildi

Ukrayna Prezidentinə yeni səlahiyyətlər verildi

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi vəziyyət yaranacağı təqdirdə ona ölkənin müdafiə planını təkbaşına təsdiq etmək hüququ verən qanun imzalayıb. SİA bu barədə Ukrayna Ali Radasının saytında yerləşdirilmiş informasiyaya istinadla məlumat verir. Məlumatda deyilir: "Prezidentin imzası ilə geri qaytarılıb".

Qanun sentyabrın 20-də keçirilmiş səsvermə zamanı qəbul edilib. Ölkə Prezidenti tərəfindən parlamentə təqdim edilmiş qanun layihəsinin lehinə 226 səs tələb olunduğu halda 286 deputat səs verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31