Ata 5 yaşlı qızıyla özünü qatarın önünə atdı - FOTO

Ata 5 yaşlı qızıyla özünü qatarın önünə atdı - FOTO

ABŞ-ın Nyu-York şəhərində dəhşətli hadisə baş verib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Kingsbridge" qatar stansiyasında Fernando Balbuena-Flores adlı şəxs 5 yaşlı qızı ilə birgə qatarın önünə tullanıb.

Ətrafdakıların qışqırıqlarından sonra stansiyaya gələn qatar dayandırılıb.

Ata həyatını itirərkən, 5 yaşlı uşaq sadəcə kiçik xəsarətlə xilas olub.

Fernando Balbuena-Flores adlı şəxsin depressiyada olduğu və intihara əl atdığı bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31