Türkiyədə miqrantları aparan avtobus qəzaya uğradı - 6 ölü
Türkiyədə miqrantları aparan avtobus qəzaya uğradı - 6 ölü
24 Sentyabr 2019 16:11 DünyaTürkiyənin cənubundakı Hatay vilayətində miqrantları aparan avtobus hərbi maşınla toqquşub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.
Yaralılar arasında iki hərbçinin də olduğu deyilir.
Qeyd olunur ki, avtobus Türkiyədən deportasiya olunan miqrantları aparırmış.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31