Fransa Amazon yanğınları üçün 200 milyon dollar ayıracaq - Makron açıqladı

Fransa Amazon yanğınları üçün 200 milyon dollar ayıracaq - Makron açıqladı

Fransa höküməti Amazon meşələrindəki yanğınlarla bağlı dəstək ayıracaq.

Bu barədə Fransa prezidenti Emanuel Makron BMT Baş Assambleyasının iclasına qatılmaq üçün getdiyi ABŞ-da Amazon meşələrindəki yanğınlarla bağlı iclasda deyib. Amazon meşələri üçün Almaniya və Norveçin bir çox şey etdiyini deyən Makron, Amazon meşələrindəki yanğınların üçün hər kəsin Braziliyaya yardım etmək istədiyini vurğulayıb.

O, yanğınların söndürülməsi üçün plan hazırlanması və təqvim yaradılması lazım olduğunu qeyd edərək deyib ki, Fransa bu yanğınlar üçün 200 milyon dollar vəsait ayıracaq.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31