İran prezidenti Nyu-Yorkdan bəyan etdi: “Bütün tərəflərin...”

İran prezidenti Nyu-Yorkdan bəyan etdi: “Bütün tərəflərin...”

Bölgəmiz çox həssas dövrdən keçir. Bölgə xalqlarının Bəsrə körfəzi və Yaxın Şərq istiqamətli hər cür müdaxiləyə son qoyulmasına dair sülh mesajını dünya ictimaiyyətinə təqdim edəcəyimizə ümid edirik.

Olaylar.az  xəbər verir ki, bu sözləri Nyu-Yorkda səfərdə olan İran Prezidenti Həsən Ruhani deyib.

Prezident əlavə edib ki, Nyu-Yorkda BMT Baş Məclisinin toplantısında iştirak edəcək, habelə 4 günlük səfəri zamanı dünya liderləri başda olmaqla bir çox şəxslərlə ikitərəfli görüşlər keçirəcək.

Ruhani deyib ki, İran bütün tərəflərin öhdəliklərinə və qanunlara sadiq qalmasını istəyir.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31