Lukaşenko Puqaçova ilə bağlı fərman verdi
Lukaşenko Puqaçova ilə bağlı fərman verdi
24 Sentyabr 2019 11:54 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko SSRİ Xalq artisti Alla Puqaçovanın "Xalqlar dostluğu" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Bu barədə "BELTA" xəbər verib.
Müğənni mükafata estrada incəsənətinin inkişafına və Belarus-Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə görə layiq görülüb.
Qeyd edək ki, Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. Ona bolqar bəstəkar Emil Dimitrovun "Arlekino" mahnısı böyük şöhrət gətirib. Müğənninin repertuarında, ümumlikdə, 500-ə yaxın mahnı var.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31