ABŞ səfirliyi yaxınlığında partlayış oldu

ABŞ səfirliyi yaxınlığında partlayış oldu

ABŞ-ın İraqın paytaxtı Bağdadda yerləşən səfirliyinin yaxınlığına iki ədəd raket düşüb.

Bu barədə "Sky News Arabia" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə informasiya yoxdur.

Hücuma məsuliyyəti heç bir terror qruplaşması hələ ki, öz üzərinə götürməyib.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31