ABŞ 40 il bu ölkənin nüvə silahını ört-basdır edib - Şok
ABŞ 40 il bu ölkənin nüvə silahını ört-basdır edib - Şok
24 Sentyabr 2019 10:37 DünyaABŞ peyki 22 sentyabr 1979-cu ildə nüvə silahının sınağının keçirildiyini müəyyən edib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "Foreign Policy" nəşri yayıb.
Nəşr qeyd edir ki, nüvə silahının sınağını İsrail həyata keçirib. ABŞ hökuməti isə ehtiyat edib ki, sözügedən məlumat Misir-İsrail razılaşmasına mənfi təsir göstərə bilər. Bu üzdən ABŞ-ın keçmiş prezidenti Cimmi Karter İsrailin bu əməlini ört-basdır etməyə çalışıb.
Bildirilir ki, İsrailin nüvə silahına sahib olması və bu sınağı reallaşdırması hər kəsə bəllidir, ancaq yəhudi dövləti heç vaxt rəsmən məlumatı təsdiqləməyib.
axarş.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31