Tramp Nobel iddiasında
Tramp Nobel iddiasında
24 Sentyabr 2019 10:29 DünyaABŞ prezidenti Donald Tramp ona Nobel mükafatının verilməməsindən şikayətlənib.
Olaylar.az xəbər verir ki, bu barədə o, Pakistanın baş naziri İmran Xanla görüşü zamanı bildirib.
"Əgər onlar onu vicdanla versəydilər, mən müxtəlif şeylər üçün Nobel mükafatı alardım, amma bunu etmirlər", - deyə Tramp jurnalistlərə bildirib.
ABŞ prezidenti xatırladıb ki, sələfi Barak Obamaya 2009-cu ildə Nobel sülh mükafatı verilib.
"Onlar mükafatı Obamaya prezident postunu tutduqdan dərhal sonra verdilər və o özü anlaya bilmirdi, mükafatı nə üçün alıb. Və bilirsiniz nə var? Bu, Obamayla razı olduğum yeganə şeydir", - Tramp deyib.
Obama Nobel mükafatını "beynəlxalq diplomatiyanın gücləndirilməsindəki səyləri"nə görə alıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31