Türkiyədə naməlum şəxs silahdan atəş açıb: yaralılar var

Türkiyədə naməlum şəxs silahdan atəş açıb: yaralılar var

Türkiyənin İzmir vilayətində davaya çevrilən mübahisə nəticəsində 3 nəfər yaralanıb.

Dava zamanı naməlum şəxs ov tüfəngindən atəş açıb.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Yaralılardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Polis hadisə yerindən qaçan şübhəli bilinən şəxsin tutulması üçün araşdırma aparır.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31