İraqda 6 il əvvəlki terrora görə 9 nəfər edam ediləcək

İraqda 6 il əvvəlki terrora görə 9 nəfər edam ediləcək

İraq məhkəməsi 2013-cü ildə Ədliyyə Nazirliyində terror aktı törətmiş 9 nəfəri edama məhkum edib.

Olaylar.az  xəbər verir ki, terror aktı zamanı 100-dək insan həlak olmuş, itkin düşmüşdü. Terorçular məhkəmədə etiraf ediblər ki, cinayət əslində daha geniş planda düşünülübmüş. Ölkədə təhlükəsizliyin pozulması və daha çox itki olması üçün dövlət universitetlərində də bənzər hadisələr planlaşdırılıb.

Xatırladaq ki, 2013-cü ildə Nazirliyin binasında partlayışlar törədilən zaman içəridə mindən çox insan olub. Terrorçular saxta polis paltarında binaya daxil olublar.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31