Ölkə rəhbəri əlini nüvə silahına uzatdı – Prezidentdən qorxunc iddia

Ölkə rəhbəri əlini nüvə silahına uzatdı – Prezidentdən qorxunc iddia

"Kəşmirdə yaşayan insanların hamısı ev həbsinə məhkum edilib. 40 gündür onlarla əlaqə saxlamaq mümkün deyil. 100 mindən çox insan öldürülüb, qadınlara təcavüz olunub. 8-9 kəşmirliyə bir əsgər düşür, amma onları geri oturda bilmirlər".

Olaylar.az  xəbər verir ki, bunu Pakistan prezidenti Arif Əlvi deyib.

Prezident rəsmi İslamabadın dialoq təklifinin Hindistan tərəfindən rədd edildiyini açıqlayıb.

Hindistanın nüvə silahlarının böyük təhlükə olduğuna diqqət çəkən Əlvi Hindistan Baş naziri Narendra Modini alman diktator Adolf Hitlerə oxşadıb:

"Hazırda ən önəmli problem nüvə silahı düyməsinin bir faşistin əlində olmasıdır. Dünya böyük təhlükə qarşısındadır".

Pakistanın bütün variantlara hazır olduğunu qeyd edən Əlvinin sözlərinə görə, Hindistan savaş elan edəcəyi halda Pakistan bu savaşa girəcək:

"İki qırıcılarını vurduq, əsir düşmüş bir pilotlarını jest olsun deyə geri verdik. Bu məsələdə ən böyük təhlükə Hindistanın nüvə silahlarına sahib olmasıdır. Xirosima və Naqasaki kimi olayların təkrarlanmamasını istəyirik".

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31