Pilot kirpini əzməmək üçün təyyarəni dayandırdı

Pilot kirpini əzməmək üçün təyyarəni dayandırdı

Şotlandiyada Saab340 tipli təyyarənin pilotu kirpini əzməmək üşün uçuşa hazırlaşan təyyarəni uçuş zolağında saxlayıb.

İnsident Stornovey şəhərinin hava limanında baş verib. Pilot və sərnişinlər kirpinin uçuş xəttini keçməsi üçün 2 dəqiqə gözləməli olublar.

Bildirilib ki, bu Stornovey hava limanında baş verən ilk belə hadisə deyil. Hava limanının bütün əməkdaşları ətraf mühitə və canlılar aləminə qayğıyla yanaşırlar.

Bizimyol.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31