Deputat piyada keçidində piyadanı vurdu - Rusiyada

Deputat piyada keçidində piyadanı vurdu - Rusiyada

Rusiyanın Belqorod vilayət dumasının deputatı Oleq Mixaylov Qubkin şəhərində avtomobillə hərəkət edərkən piyada keçidində 13 yaşlı yeniyetməni vurub.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, yeniyetmə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri bildirib ki, deputat yüksək sürətlə hərəkət edirmiş. Araşdırma zamanı onun sərxoş olmadığı müəyyən edilib. Deputat özü xəsarət alan yeniyetməyə kömək göstərməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31