Medvedev Paris iqlim sazişi ilə bağlı qərarı imzaladı
Medvedev Paris iqlim sazişi ilə bağlı qərarı imzaladı
23 Sentyabr 2019 17:27 DünyaRusiyanın Baş Naziri Dmitri Medvedev Rusiyanın Paris iqlim sazişini qəbul etməsi ilə bağlı hökumət qərarını imzalayıb.
Bu barədə hökumət rəhbəri müavinləri ilə iclasında məlumat verib:
"Mən qərarı imzaladım. Bu, Paris İqlim Sazişinin qəbul edilməsinə aiddir. Mövzu bütün dünyada məşhurdur, daim yazılan və danışılan rezonans doğuran bir mövzu...".
Baş nazirin sözlərinə görə, qlobal iqlim dəyişikliyinin dayandırılması yalnız birlikdə mümkündür.
Görüşdə Baş nazir Paris İqlim Sazişinin ratifikasiyasını müzakirə edib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31