Moskva aeroportlarında 30-dan çox reys təxirə salındı - SƏBƏB?
Moskva aeroportlarında 30-dan çox reys təxirə salındı - SƏBƏB?
23 Sentyabr 2019 17:16 DünyaMoskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb və ya ləğv edilib.
Hava şəraiti daha çox Domodedovo hava limanının işinə təsir edib.
Bu aeroportda 23 uçuş ləngiyib, 8 uçuş isə ləğv edilib.
Bundan başqa, Vnukovo hava limanında 3 reys təxirə salınıb, 3 reys isə ləğv edilib. Şeremetyevo hava limanında da bir reys təxirə salınıb.
Moskvada və Moskva vilayətində əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31