Qazaxıstanda icazəsiz mitinqlər: 100 nəfərə yaxın iştirakçı saxlanıldı
Qazaxıstanda icazəsiz mitinqlər: 100 nəfərə yaxın iştirakçı saxlanıldı
23 Sentyabr 2019 16:42 DünyaSentyabrın 21-də Qazaxıstanın bir neçə şəhərində keçirilmiş icazəsiz mitinqlərdə təqribən 100 nəfər saxlanılıb.
Bu barədə jurnalistlərə ölkənin Daxili İşlər naziri Yerlan Turqumbayev məlumat verib.
Onun sözlərinə görə, saxlanılanlardan 15 nəfər inzibati məsuliyyətə cəlb olunub, 9 nəfər inzibati həbs cəzasına məhkum edilib, 6 nəfərə inzibati cərimə tətbiq olunub, qalanları ilə profilaktik söhbət aparıldıqdan sonra evə buraxılıblar.
"Report" xatırladır ki, sentyabrın 21-də etiraz aksiyasına qoşulmaq üçün küçələrə çıxmaq çağırışını Qazaxıstanda ekstremist hərəkat hesab edilən "Qazaxıstanın Demokratik Seçkiləri" hərəkatının Fransada yaşayan lideri Muxtar Ablyazov sosial şəbəkələr vasitəsilə edib.