Baş nazir: “Səudiyyəyə hücumların arxasında İran dayanır”

Baş nazir: “Səudiyyəyə hücumların arxasında İran dayanır”

Böyük Britaniyanın Baş naziri Boris Conson İranın Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumda iştirak etdiyini açıqlayıb.

Olaylar.az  xəbər verir ki, bu barədə "AFP" xəbər yayıb.

"Böyük Britaniyanın Baş naziri Boris Conson Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumların arxasında İranın dayandığını söylədi", - deyə agentlik yazır.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanında pilotsuz təyyarələr "Saudi Aramco" dövlət neft-qaz şirkətinin iki emal zavoduna hücum edib. ABŞ dövlət katibi Mayk Pompeo bu hücumda İranı günahlandırıb.

Öz növbəsində İranın müdafiə naziri Əmir Hatəmi Tehranın ünvanına irəli sürülən ittihamları rədd edib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31