Koalisiya təyyarələrindən Yəməndə məscidə hava hücumu: Bir ailədən 5 nəfər həlak oldu

Koalisiya təyyarələrindən Yəməndə məscidə hava hücumu: Bir ailədən 5 nəfər həlak oldu

Yəmənin Umran şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın döyüş təyyarələrinin təşkil etdiyi hava hücumunda bir ailədən 5 dinc sakin həyatını itirib.

Hücumların başlamasının ardınca ailə üzvlərinin məscidə getdiyi, ancaq Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya aid döyüş təyyarələrinin məscidi hədəfə aldığı və hücumda bir ailədən 5 nəfərin həlak olduğu qeyd olunub.

"Al Masirah" televiziyası həmin ailənin 2 uşağının isə itkin düşdüyünü bildirib.

Səudiyyə orqanlarından hücum və itkilərlə bağlı hər hansı bir şərh verilməyib.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31