Böyük müharibələrin kiçik səbəbləri
Böyük müharibələrin kiçik səbəbləri
23 Sentyabr 2019 14:55 DünyaTarix boyu dövlətlər ərazisini genişləndirmək, nüfuzunu möhkəmləndirmək, qənimət əldə etmək və digər səbəblərdən qanlı müharibələr aparıblar. Lakin elə müharibələr var ki, uşaqların orta məktəbdəki mübahisələri insanlar üçün daha mənalı görünür.
Olaylar.az dünya tarixinin ən kiçik səbəblərdən baş verən müharibələrini təqdim edir.
Saqqal müharibəsi
1500-cü ildə Osmanlı imperiyası və Venesiya dövləti arasında saqqal üstündə müharibə başlayıb. Ticarət danışıqları üçün sultan II Bəyazidin qəbuluna gələn venesiyalı elçilər sultanın qəribə təklifi ilə qarşılaşırlar. Bəyazid Venesiyanın doğrudan da Türkiyə ilə sülh istədiyini sübut etmək üçün elçilərdən saqqala and içməyi tələb edir. Cavabında venesiyalılar həmşiə saqqallarını qırxdıqlarını bildirirlər. Cavabdan qəzəblənən sultan "onda sizin şəhərin bütün sakinləri meymuna bənzəyir", - deyə çığırır. Özünü təhqir olunmuş hesab edən Venesiya dərhal Osmanlıya müharibə elan edir. Lakin sultan onlardan üzr istəmir, çünki türklər Venesiya ordusu və donanmasını darmadağın edirlər.
Vedrə müharibəsi
1325-ci ildə İtaliyanın Bolonya və Modena şəhərləri arasında müharibə baş verir. Onun səbəbi adi verdə olur. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçır. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri istəyirlər. Çünki həmin verdə Boloniya şəhərinin mülkiyyəti idi. Amma modenalılar bu təklifə rədd cavabı verirlər. Nəticədə 22 il davam edən Boloniya-Modena müharibəsi baş verir. Minlərlə insanın həlak olduğu müharibənin sonunda Boloniya arzuolunan verdəni geri qaytara bilmir. Çünki onlar müharibəni uduzurlar.
Şapalağa görə müharibə
1827-ci ildə fransalı səfir Əlcəzair hökmdarından alınan borcları və borc faizini ödəməyi tələb edir. Bundan qəzəblənən hökmdar isə uzun mübahisələr edir, buna etirazını bildirirdi. Sonda hisslərini cilovlaya bilməyən əlcəzairli monarx səfirin alnından yavaşca şapalaq vurur. Təhqir olunan səfir buna baxmayaraq heç bir reaksiya vermir. Yalnız 3 il sonra - 1830-cu ildə Əlcəzairi işğal etməyi planlaşdıran Fransa bəhanə kimi 3 il əvvəlki şapalağı bəhanə göstərir.