ABŞ-ın bu ştatında təxliyə başlandı

ABŞ-ın Corciya ştatının sahilyanı rayonlarının təxliyəsinə başlanılıb.

ABŞ-ın Corciya ştatının sahilyanı rayonlarının təxliyəsinə başlanılıb.

Olaylar.az  xəbər verir ki, bu barədə Corciya ştatının qubernatoru Brayan Kemp danışıb.

Təxliyə qərarı ştata yaxınlaşan "Dorian" qasırğası ilə bağlı qəbul edilib. Ştatın Çatem, Brayan, Liberti, Makintoş, Qlinn və Kamden bölgələrinin təxliyəsi nəzərdə tutulub.

Qeyd edək ki, bir qədər əvvəl dördüncü təhlükə səviyyəsinə yüksələn qasırğanın mərkəzində küləyin sürətinin saatda 130 milə (209 kilometr) çatdığı bildirilmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31