Britaniya Fars körfəzində dronlar yerləşdirəcək
Britaniya Fars körfəzində dronlar yerləşdirəcək
2 Sentyabr 2019 12:23 DünyaBöyük Britaniya pilotsuz uçuş aparatlarının Fars körfəzində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə "Skay Nyus" nəşri informasiya yayıb.
Nəşrin məlumatına görə, burada söhbət Küveytdə yerləşdirilən və Suriya-İraq istiqamətində uçuşlar həyata keçirən PUA-ların yerinin dəyişdirilməsindən gedir. Müşahidə missiyası Hörmüz boğazından keçən Birləşmiş Krallıq bayrağı altında üzən tankerləri müşayiət edən hərbi gəmilərə dəstək xarakteri daşıyacaq.
Qeyd edək ki, iyulun 19-da İran Britaniyanın "Stena İmpero" neft tankerini saxlayıb. Bu olay iki ölkə arasında gərginliyə səbəb olub. Bundan əvvəl isə Cəbəllütariq boğazında Britaniya İranın tankerini saxlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31