ABŞ-ın İdlibi bombalamasına Moskvadan etiraz

ABŞ-ın İdlibi bombalamasına Moskvadan etiraz

ABŞ-ın İdlibdə 40 hərbçinin öldürülməsi ilə nəticələn aviasiya əməliyyatı Moskvanın sərt reaksiyasına səbəb olub.

Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Rusiya və Türkiyədən xəbərsiz İdlibdə əməliyyat keçirib.

Moskva bəyan edib ki, ABŞ Suriya məsələsində əldə olunan bütün razılaşmaları pozub və İdlibdə elan edilən atəşkəsi təhlükəyə atıb.

Qeyd edək ki, ABŞ dünən İdlibin iki məntəqəsi ətrafına hava hücumu təşkil edib. Əl-Qaida ilə əlaqəsi olan terror qruplarını hədəfə aldığını açıqlayan ABŞ-la eyni gündə Suriya rejimi və Rusiya İdlibdə atəşkəs elan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31