Uşaqlar məktəbə üç yaşından gedəcək
Uşaqlar məktəbə üç yaşından gedəcək
30 Avqust 2019 16:22 DünyaYeni dərs ilindən etibarən Fransada məktəblər uşaqlar üçün 3 yaşından məcburi olacaq.
Olaylar.az xəbər verir ki, bu ilin iyul ayında qəbul edilmiş üç yaşından uşaqların məktəbə yazılmasını məcbur edən qanun sentyabrın 2-dən qüvvəyə minir.
Lakin bu yeni dərs ilində 3-6 yaş arası yalnız 26 000 yeni uşaq məktəbə gedəcək. Çünki bu vaxtadək məcburi olmasa belə 3-6 yaşlı fransalı uşaqların artıq 98 faizi məktəbə gedirdi.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31