"Üzümə tüpürdülər" - Transgender olması başına bəla açdı
"Üzümə tüpürdülər" - Transgender olması başına bəla açdı
27 Avqust 2019 16:59 Dünyaİtaliyalı səyahətçi Federika Mauriello Misir hava limanında sərhədçilərin aqressiyası ilə üzləşib.
Buna səbəb səyahətçinin transgender olması olub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, özünü əməliyyatla qadın edən Mauriellonun sənədlərində cinsinin kişi göstərilməsi onun və dostlarının saxlanılmasına gətirib çıxarıb.
"Bu insanlar, köməksiz olduğumu bilə-bilə, məni təhqir edirdi, üzümə tüpürürdü. Telefonumu əlimdən aldılar və qohumlarıma zəng etməyə icazə vermədilər. Bizi kriminal tiplərin olduğu kameraya tulladılar, nə su verirdirlər, nə də yemək", - deyə nəşr 23 yaşlı Federikanın sözlərini sitat gətirib.
Bir gündən sonra saxlanılanlar sərbəst buraxılıb. Ölkəyə səfər edə bilməyən transgender İtaliyaya qayıtmalı olub.
Maurielionun vəkili ona Misir hökümətindən kompensasiya tələb etməyi məsləhət görüb.