Səudiyyə Ərəbistanı məktəblərində Osmanlı işğalçı dövlət kimi tədris olunacaq

Səudiyyə Ərəbistanı məktəblərində Osmanlı işğalçı dövlət kimi tədris olunacaq

Osmanlı tarixi ilə bağlı Səudiyyə Ərəbistanı dərsliklərinə dəyişiklik edilib.

Olaylar.az  xəbər verir ki, bundan sonra tədris olunan kitablarda Osmanlı "işğalçı qüvvə" kimi göstəriləcək. Osmanlıdan müsbət bəhs edilən köhnə dərs kitablarında Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi tərəfindən edilən dəyişiklik əhali tərəfindən təəccüblə qarşılanıb.

Şahzadə Sattam bin Xalid Səud sosial şəbəkə hesabında etdiyi paylaşımda edilən dəyişiklikliyə sevinərək "Atalarımızla döyüşənlərə xilafət deyirdik, indi əsl simalarını ortaya çıxardıq" deyib.

Daha əvvəl Səudiyyə Ərəbistan dövləti vətəndaşlarına Türkiyəyə getməmək barədə xəbərdarlıq edib.   

avropa.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31