Tramp “Qanımda almanlıq var” dedi – Merkel gülməkdən özünü güclə saxladı

Tramp “Qanımda almanlıq var” dedi – Merkel gülməkdən özünü güclə saxladı

G7 sammitinin son günündə ABŞ prezidenti Donald Tramp ilə Almaniya kansleri Angela Merkelin görüşündə Trampın ifadələri gündəm olub.

Olaylar.az  xəbər verir ki, Fransanın Biarits şəhərində keçirilən görüşdən sonra mətbuata açıqlama verən Tramp bir an pauza verərək, "Mənim qanımda almanlıq var" deyib. Merkelin Trampın bu sözlərinə reaksiya çox gülməli alıb. Kansler özünü gülməkdən güclə saxlayıb.

Donald Tramp 1946-cı ildə Nyu-Yorkda dünyaya gəlsə də, Trampın babasının Almaniyadan Amerikaya köçdüyü məlumdur. Almaniyanın Manhaym şəhəri yaxınlığında Kallstad kəndində anadan olan Trampın babası alman tarixçilərin yazdığına görə, 1885-ci ildə ABŞ-a köçüb. 1901-də Almaniyaya qayıdaraq ailə quran Fridrix Tramp yenidən ABŞ-a gedib. 1905-ci ildə vətəninə geri qayıtmaq istəsə də hərbi xidmət keçmədiyi üçün istəyi Almaniya dövləti tərəfindən rədd edilib. Trampın atası Fred Tramp isə Nyu-Yorkda anadan olub. Prezident Tramp 2018-ci ilin iyulunda verdiyi bir açıqlamada anasının şotland olduğunu demişdi.

avropa.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31