Rusiyada MÜƏMMALI PARTLAYIŞ
Rusiyada MÜƏMMALI PARTLAYIŞ
27 Avqust 2019 16:03 DünyaRusiya hərbi bazası yaxınlığındakı havadan götürülmüş nümunələrdə bar, stronsium və lantan izotoplarının aşkar edilməsi partayışın Moskvanın iddia etdiyi kimi, raketin mühərrikində və ya izotoplu təchizat mənbəyində deyil, nüvə reaktorunda baş verdiyini göstərir.
Belə bir açıqlama ilə Norveçin nüvə təhlükəsizliyi üzrə mütəxəssisi Nils Bomer çıxış edib. "Bar və stronsium kimi məhsulların dağılması zəncirvari nüvə reaksiyası ilə bağlıdır. Bu da nüvə reaktorunun partladığını sübut edir"-" Norwegian Decommissioning" hökumət agentliyinin şöbə müdiri Nils Bomer belə deyib. Qeyd edək ki, avqustun 8-də Rusiyanın Arxangelsk vilayətindəki raket poliqonunda baş vermiş raket poliqonunda baş vermiş partlayış nəticəsində ən azı beş nəfər həlak olub. Rusiya rəsmiləri raketin sınağının uğursuz alındığını və nəticədə radioaktiv izotop mənbəyindən istifadə olunan mühərrikində partlayış baş verdiyini bəyan edib.
cebhe.info