Məşhur dizayner vəfat etdi - Hazırladığı bu geyimlə tanınmışdı - FOTO

Məşhur dizayner vəfat etdi - Hazırladığı bu geyimlə tanınmışdı - FOTO

Məşhur dizayner İzabel Toledo ABŞ-da vəfat edib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Toledo ömrünün 60-cı baharında həyatdan köçüb. Onun ölümünə səbəb süd vəzi xərçəngi xəstəliyi olub.

Qeyd edək ki, ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama üçün hazırladığı geyim dizaynerə məşhurluq gətirmişdi. Belə ki, Obama həmin geyimi həyat yoldaşı Barak Obamanın 2009-cu ildə keçirilən inauqurasiya mərasiminə geyinmişdi.

Demi Mur, Debi Meyzar və Debri Messinq kimi aktrisaların da qarderobunda Toledonun hazırladığı geyimlər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31