Barın tualetindən 18 yaşlı qızın cəsədi tapıldı - Ölüm səbəbi - FOTO

Barın tualetindən 18 yaşlı qızın cəsədi tapıldı - Ölüm səbəbi - FOTO

18 yaşlı qız gecəklubunda ölüb.

Olaylar.az  xəbər verir ki, hadisə İngiltərədə, Yorkşir qraflığının qərbində yerləşən "The Warehouse" gecə klubunda baş verib.

Courtney Chamberlin adlı qız yüksək dozada ekstazi qəbul etdiyinə görə ölüb. Barın tualetində şüursuz vəziyyətdə tapılan qız dərhal gecə saat 3-də xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər.

Bir müddət əvvəl də ekstazidən ölüm hadisəsi baş vermişdi. Anası və digər iki yaxın qohumu ilə birlikdə İbiza adasında dincələn azyaşlı oyun meydançasında masanın üzərində gördüyü ekstazi həbini şirniyyat bilərək udduqdan bir neçə saat sonra ölmüşdü.

Qeyd edək ki, ekstazi adlanan narkotik maddə insan sağlamlığı üçün olduqca təhlükəlidir və asılılıq yaradır. Həb insanda normal olaraq yaranan serotoninin (xoşbəxtlik hormonu) normadan çox ifrazını təşkil edir.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31