Braziliya Amazon meşələrindəki yanğınlar üçün edilən yardımı rədd etdi
Braziliya Amazon meşələrindəki yanğınlar üçün edilən yardımı rədd etdi
27 Avqust 2019 13:13 DünyaBraziliya prezidenti Bolsonaro G7 ölkələrinin Amazon meşələrində təxminən üç həftədir davam edən yanğınların söndürülməsi üçün edəcəyi 20 milyon avroluq yardımı rədd edib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, Bolsonaro bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb: "Makron bəşəriyyətin mədəni irsi olan kilsədə gözlənilən yanğının qarşısını ala bilmədi və yenə də bizə bir şey öyrətmək istəyir?".
Fransa prezidenti Emanuel Makronun bu növ yardım fikirlərinin arxasında fərqli niyyətlərinin olduğunu iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31