Televiziya icmalçısının telekanal rəhbərindən övladı dünyaya gələcək
Televiziya icmalçısının telekanal rəhbərindən övladı dünyaya gələcək
27 Avqust 2019 13:12 DünyaTeleicmalıçı Bojen Rınskanın NTV-nin fevral ayında özünə qəsd edən sabiq baş redaktoru İqor Malışenkodan övladı dünyaya gələcək.
Olaylar.az ölkə.az-a istinadən bildirir ki, Rınska bu barədə öz "Facebook" səhifəsində yazıb.
Hazırda depressiyadan çıxdığını qeyd edən teleicmalçı fikrinə bunları əlavə edib: "Bizim İqorla övladımız dünyaya gələcək. Bu İqorun qızı olacaq. Bu, çox sağlam bir qız olacaq... Hazırda özümü depressiyanın dəhşətlərindən xilas etmək üçün mübarizə aparıram".
Rınska qeyd edib ki, onların övladlarını surroqat ana dünyaya gətirəcək: "Odur ki, mən facebook vasitəsi ilə surroqat anaya göstərdiyi xidmət üçün pul yığmalı olacam. Çünki mənim varidatım amerikalı vəkillərə getdi. Ümid edirəm ki, qızımı İqora sevgi və hörmət ruhunda böyüdüb.