Ana 13 yaşlı oğlundan polisə şikayət etdi – Şok səbəb

Ana 13 yaşlı oğlundan polisə şikayət etdi – Şok səbəb

Tatarıstanda yeniyetmə anasının icazəsi olmadan evdəki paltaryuyan maşını internet üzərindən satıb.

Olaylar.az xəbər veri ki, zərərçəkmiş şəxs oğlundan polisə şikayət edib.

53 yaşlı ana 13 yaşlı oğlunun evdə heç kimin olmamasından istifadə edərək, paltaryuyan maşını satdığını bildirib. Məktəbli oğlanın satışdan əldə etdiyi pulu nəyə xərclədiyi məlum deyil.

Hələlik hadisə ilə bağlı cinayət işi açılmayıb, yoxlamalar davam etdirilir. Paltaryuyan maşının oğurlanması barədə şikayət təhqiqat üçün həddi-buluğa çatmamışların işləri üzrə bölməyə göndərilib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31