Sabahdan Türkiyədə benzin və dizel bahalaşacaq - QİYMƏTLƏR

Sabahdan Türkiyədə benzin və dizel bahalaşacaq - QİYMƏTLƏR

Sabahdan etibarən Türkiyədə benzin və dizel yanacağının qiyməti bahalaşacaq.

Olaylar.az xəbər verir ki, benzinin qiyməti 16 kuruş (5 qəpik), dizel yanacağının qiyməti 11 kuruş (3 qəpik) artacaq.

Ankarada 1 litri orta hesabla 6,67 lirədən satılan benzinin qiyməti 6,83 lirəyə, İstanbulda 6,60 lirədən 6,76 lirəyə, İzmirdə 6,68 lirədən 6,84 lirəyə yüksələcək.

Dizelin qiyməti isə Ankarada 6,26 lirədən 6,37 lirəyə, İstanbulda 6,20 lirədən 6,31 lirəyə, İzmirdə 6,28 lirədən 6,39 lirəyə qədər artacaq.

Məlumata görə bahalaşma son günlər xarici valyutanın məzənnəsinin yüksəlməsi ilə əlaqələndirilir.

yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31