Ermənistanın sabiq baş naziri: Ağlasığmaz siyasət...
Ermənistanın sabiq baş naziri: Ağlasığmaz siyasət...
26 Avqust 2019 19:10 Dünyaİqtisadiyyatımız tənəzzül edir.
Olaylar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın keçmiş Baş naziri, iqtisadçı Qrant Baqratyan paylaşıb.
"Milli Statistika Komitəsi yanvar-may ayları üçün iqtisadi aktivlik indeksini 6,8% həcmində müəyyən edib. Bizdə ciddi tənəzzül müşahidə edilir. Bunları nəzərə alarsaq, Ermənistanda ÜDM-nin real artımı 3-4% diapazonundadır", - o bildirib.
Baqratyan Ermənistanın büdcə problemlərinin tədricən dərinləşəcəyini, yeni ildən etibarən isə dramın kursu üçün problem formalaşacağını deyib:
"Yeganə təsəlli ixracat sahəsində elə də böyük olmayan müsbət hərəkətlənmədir. Aşağı inflyasiya iqtisadiyyat üçün problemdir. Aşağı inflyasiya və dramın davam edən revalvasiyası (yenidən dəyər qazanması) fonunda investisiyalar gözləməyin. Bütün bunlara hakimiyyətin dövlət borcu məsələsində ağlasığmaz siyasəti şərait yaradır".
axar.az