Medvedev Kadırovun doğulduğu kəndin adını dəyişdirdi

Medvedev Kadırovun doğulduğu kəndin adını dəyişdirdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun doğulduğu Tsentaroy kəndinin adı dəyişdirilib.

TASS xəbər verir ki, bu barədə Rusiya Baş naziri Dmitri Medvedev müvafiq sənəd imzalayıb.

Sözügedən kənd bundan sonra Əhməd-Yurd adlanacaq.

Qeyd edək ki, kəndin adını daşıdığı Əhməd Kadırov hazırkı rəhbərin atası və Çeçenistanın keçmiş lideridir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31